Vəzifələri

Müəssisə, tərkibinə daxil olan bölmələrə rəhbərlik edir və Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin sifarişi və başqa təşkilatlarla bağlanmış müqavilələr əsasında müasir texnologiyanın tətbiqi ilə aşağıda adları çəkilən işləri həyata keçirir:

Topoqrafiya, geodeziya, kartoqrafiya, aerofotoplanalma, dəniz geodeziyası, müxtəlif sinifli trianqulyasiya, yüksəkdəqiqlikıi nivelirləmə, şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin, sənaye obyektlərinin tələb olunan miqyasda topoqrafik planalması, yeraltı kommunikasiyaların plana alınması, hərbi və dövlət əhəmiyyətli geodeziya ölçmə işlərinin yerinə yetirilməsi, Dövlət Geodeziya şəbəkəsinin yaradılması və ona xidmət sahəsinə dair texniki layihələrin tərtibi və digər yerinə yetirləsi işlərin maliyyə planının, texniki layihələrin hazırlanması, elektron avadanlıqlarının köməyi ilə informasiya sisteminin yaddaşına köçürülməsini və s.

Müəssisə, Dövlət topoqrafik xəritə və planların hazırlanması, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yarıdılmasını və onların işçi vəziyyətində saxlanılmasını təmin edir.

İstehsalatda texniki-təsərrüfat rəhbərliyinin həyata keçirilməsini, istehsalat bölmələri tərəfindən yerinə yetirilən işlərə nəzarəti və onların qəbulunu, naryad və hesabatlara baxılmasını, əmək intizamının möhkəmləndirilməsini, müvafiq işlərin norma və qiymətlərinin tərtibi, işlərin icrası üçün texniki kömək məqsədilə təlimatların hazırlanmasını və Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə təqdim etməklə təsdiqlənməsini təşkil edir.

Mövcud qanunvericiliyə uyğun olaraq, rüblük, illik məlumatların, hesabatların tərtibi və müvafiq orqanlara təqdim edilməsi, topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi, işçilərin texniki peşə vərdişinin artırılması üçün tədris kurslarını təşkil edir.

Kadrların seçilməsi, yerləşdirilməsi və onların maddi cəhətdən həvəsləndirilməsi, əmək qanunvericiliyinə və əməyin mühafizəsinə əməl olunmasına şərait yaradır.