Hüquqları

Müəssisə öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

Müəssisə ona verilən istehsalat tapşırıqlarına, bağlanmış müqavilələrə əsasən Azərbaycan Respublikası ərazisində və eləcə də xarici ölkələrdə əməliyyatlar apara bilər və nizamnamə fəaliyyətinə müvafiq maliyyə əməliyyatlarının aparılması;

Müəssisə Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərəncamında olan avadanlığı, nəqliyyat vasitələrini, inventarları başqa müəssisələrə, təşkilatlara və idarələrə haqqı ödənilməklə icarəyə vermək və ya balansdan silmək hüququna malikdir;

Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin razılığı ilə beynəlxalq layihələrin həyata keçirilməsində, qrantlar alınmasında, tender və xarici müsabiqələrdə iştirak edilməsi, yerli və xarici hüquqi, fiziki şəxslərlə qüvvədə olan qanunvericiliyə riayət etməklə, təsərrüfat müqavilələri və digər razılaşmalar bağlaya bilər;

Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin razılığı ilə Müəssisə əməkdaşlarını öz hesabına və cəlb edilmiş vəsait hesabına layihə və proqramların yerinə yetirilməsində iştirak etmək, bu sahədə bilikləri təkmilləşdirmək, habelə xarici müəssisə, təşkilat və firmaların iş təcrübəsini öyrənmək üçün xarici ölkələrə ezamiyyətə göndərə bilər;

Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin razılığı ilə Müəssisə, zərurət yaradıldıqda, respublikanın ərazisində özünün struktur idarələrini yaratmaqla yanaşı, ona həvalə olunmuş digər hüquqları həyata keçirə bilər.