Browsing articles in "Xəbərlər"

ETSN-nin nümayəndələri marafonda iştirak ediblər

May 14, 2018   //   by aerogeodeziya   //   Xəbərlər  //  Comments Off

13 may 2018-ci il tarixində paytaxtda “Bakı Marafonu 2018” keçirilib. “Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Marafonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

May 1, 2018   //   by aerogeodeziya   //   Xəbərlər  //  Comments Off

30 aprel 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun və Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyaya Dövlət Aerogeodeziya Müəssisəsinin əməkdaşları da qoşulub.
Aksiyada B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.

30420849_2083297428590666_1874880632794179933_o

30425193_2083297431923999_8750736699981605065_o

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin olunmuşdur.

Apr 24, 2018   //   by aerogeodeziya   //   Xəbərlər  //  Comments Off

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər:

1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;

1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

18 – 21 aprel 2018-ci il tarixlərində Azərbaycan- Rusiya Birgə Demarkasiya Komissiyasının işçi qrupunun görüşü keçirilmişdir.

Apr 24, 2018   //   by aerogeodeziya   //   Xəbərlər  //  Comments Off

“Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyasının 2018-ci il üzrə iş Planı” nda qeyd olunan tədbirlərin həyata keçirilməsi məqsədilə 18-21 aprel 2018-ci il tarixlərində ETSN –nin Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogreodeziya Müəssisəsində Azərbaycan- Rusiya Birgə Demarkasiya Komissiyasının işçi qrupunun görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin düzənlik hissəsinin (49 saylı delimitasiya nöqtəsindən Xəzər dənizinin sahilinə qədər olan hissə) topo –geodeziya və kartoqrafiya təminatı, 1:10000 miqyaslı xəritələrin qarşılıqlı razılaşdırılması, adıçəkilən ərazidə 2018-ci ildə quraşdırılması planlanan sərhəd nişanlarının yerinin təyini,qrafiki layihələndirilməsi və koordinat cədvəlinin tərtibi işləri həyata keçirilmişdir.
Bundan əvvəl “Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyasının 2017-ci il üzrə iş Planı”nın həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu tərəfindən 22-28 fevral 2018-ci il tarixlərində Azərbaycan- Rusiya sərhədində Samur çayı boyunca 49 nömrəli delimitasiya nöqtəsindən 66 nömrəli delimitasiya nöqtəsinə qədər olan ərazidə əsas sərhəd nişanları quraşdırılmış, həmin nişanların düzbucaqlı geodezik və coğrafi kordinatları və yüksəklikləri təyin edilmişdir.
Növbəti mərhələdə ”Azərbaycan- Rusiya Birgə Demarkasiya Komissiyasının 2018-ci il üzrə iş Planı “ na uyğun olaraq 66 nömrəli delimitasiya nöqtəsindən Xəzər dənizinin sahilinə qədər olan hissəsində sərhəd nişanlarının quraşdırma yerlərinin qrafik layihəsinin hazırlanması , nəşr edilməsi və qrafik layihə əsasında sərhəd nişanlarının yerlərinin əraziyə köçürülərək müvəqqəti taxta payalarla işarələnməsi və koordinatlarının müəyyən edilməsi nəzərdə tutulur.
Həmçinin 2017-ci ildə planlanan, lakin quraşdırılmayan 6 nöqtənin koordinat cədvəli və qrafik layihələndilməsi aparılmış, yer üzərində dəqiqləşdirilməsi aparılacaq 2 zonadan başqa digər sahələrdə delimitasiya xəttinin işçi xəritəyə köçürülməsi və komissiyanın 2018-ci il üçün müəyyən etdiyi iş planında nəzərdə tutulmuş işlərin görüləcəyi təqvim ayları da razılaşdılmışdır.