18 – 21 aprel 2018-ci il tarixlərində Azərbaycan- Rusiya Birgə Demarkasiya Komissiyasının işçi qrupunun görüşü keçirilmişdir.

Apr 24, 2018   //   by aerogeodeziya   //   Xəbərlər

“Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyasının 2018-ci il üzrə iş Planı” nda qeyd olunan tədbirlərin həyata keçirilməsi məqsədilə 18-21 aprel 2018-ci il tarixlərində ETSN –nin Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogreodeziya Müəssisəsində Azərbaycan- Rusiya Birgə Demarkasiya Komissiyasının işçi qrupunun görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin düzənlik hissəsinin (49 saylı delimitasiya nöqtəsindən Xəzər dənizinin sahilinə qədər olan hissə) topo –geodeziya və kartoqrafiya təminatı, 1:10000 miqyaslı xəritələrin qarşılıqlı razılaşdırılması, adıçəkilən ərazidə 2018-ci ildə quraşdırılması planlanan sərhəd nişanlarının yerinin təyini,qrafiki layihələndirilməsi və koordinat cədvəlinin tərtibi işləri həyata keçirilmişdir.
Bundan əvvəl “Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyasının 2017-ci il üzrə iş Planı”nın həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu tərəfindən 22-28 fevral 2018-ci il tarixlərində Azərbaycan- Rusiya sərhədində Samur çayı boyunca 49 nömrəli delimitasiya nöqtəsindən 66 nömrəli delimitasiya nöqtəsinə qədər olan ərazidə əsas sərhəd nişanları quraşdırılmış, həmin nişanların düzbucaqlı geodezik və coğrafi kordinatları və yüksəklikləri təyin edilmişdir.
Növbəti mərhələdə ”Azərbaycan- Rusiya Birgə Demarkasiya Komissiyasının 2018-ci il üzrə iş Planı “ na uyğun olaraq 66 nömrəli delimitasiya nöqtəsindən Xəzər dənizinin sahilinə qədər olan hissəsində sərhəd nişanlarının quraşdırma yerlərinin qrafik layihəsinin hazırlanması , nəşr edilməsi və qrafik layihə əsasında sərhəd nişanlarının yerlərinin əraziyə köçürülərək müvəqqəti taxta payalarla işarələnməsi və koordinatlarının müəyyən edilməsi nəzərdə tutulur.
Həmçinin 2017-ci ildə planlanan, lakin quraşdırılmayan 6 nöqtənin koordinat cədvəli və qrafik layihələndilməsi aparılmış, yer üzərində dəqiqləşdirilməsi aparılacaq 2 zonadan başqa digər sahələrdə delimitasiya xəttinin işçi xəritəyə köçürülməsi və komissiyanın 2018-ci il üçün müəyyən etdiyi iş planında nəzərdə tutulmuş işlərin görüləcəyi təqvim ayları da razılaşdılmışdır.